in Random Stuff

Wikipedia – İndi də Azərbaycanca

Wikipedia – 100-dən artıq dildə olan 2,000,000 məqalədən və 13,000 aktiv istifadəçidən ibarət açıq ensiklopediyadır. Dünyada qazandığı inanılmaz populyarlıq nəticəsində bu rəqəmlər sürətlə artmaqdadır. Dillərin arasında Azərbaycan dilinin də olduğuna baxmayaraq ensiklopediyanın ana dilimizdə olan hissəsi olduqca kasıbdır. Ümidvaram ki, oxuyacağınız məqalə bu layihəyə olan diqqəti artıraraq, Azərbaycan dilində zəngin bir online ensiklopediyanın yaranmasına kömək edəcək.

Vikipedia Nədir?

Wikipedia (Azərbaycanca Vikipedia) – Wikimedia Foundation qeyri-hökümət təşkilatı tərəfindən yaradılan internet ensiklopediyasıdır. Vikipedianı Britannika kimi digər internet ensiklopediyalardan fərqləndirən onun açıq olması, yəni hər kəs tərəfindən redaktə oluna bilməsidir. Vikipedianın yaradıcıları – Jimmy Wales və Larry Sanger 5 il əvvəl fəlsəfəsi tamamilə fərqli olan, biliklərini paylaşan insanlar sayəsində meydana gələcək, dünyanın ən dolğun online ensiklopediyasını yaratmaq istəmişlər. Bu təşəbbüs özünü doğrultmuş və Vikipedianı dünyanın ən populyar 25 saytları sırasına daxil etmişdir.

Ensiklopediyanın əsas tələbi yazılan məqalələrin və əlavə edilən biliklərin neytral nəzər nöqtəsindən (NPOV – Neutral Point Of View) çıxış etməsidir. Yəni burada “…ən gözəl şəhər Bakıdır” kimi şəxsi fikirlərə yer olmamalıdır.

Təbii ki, resursun açıq olması eyni zamanda bir sıra problemlər yaradır. Məsələn, Qarabağ mövzusu ətrafında həm azərbaycanlılar həm də ermənilər fakt və fikirlərini bölüşə bilərlər. Bu halda kimin haqlı, kimin haqsız olduğunu yalnız diskussiyalar və arbitrlara müraciət (Requests for Arbitration) müəyyən edə bilər. Məsələn, soydaşımız Təbib Hüseynov Qarabağ ilə əlaqəli belə bir “məhkəməni” udub. Lakin Şuşa, Naxçıvan və diğər mövzularda diskussiyalar hələ də davam edir.

Azərbaycanca Vikipedia

2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipedia fəaliyyətə başlamışdır. Fikrimcə buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. İki yaşı tamam olan ensiklopediyamızda məqalələrin sayı 3000-ə yaxınlaşmaqdadır. Lakin onu qeyd etməliyəm ki, onların əksəriyyəti boş məqalələr və ya şablonlardır. Müqayisə üçün deyim ki, İngilis versiyasında təqribən 950.000 məqalə, Türk versiyasında isə 17.000 məqalə mövcuddur.

Təəssüflər olsun ki, cavan ensiklopediyamız üzərində çalışmalara çox az azərbaycanlı cəlb olunduğundan, o, əsasən türk qardaşlarımız və güney azərbaycanlı soydaşlarımız tərəfindən qurulur. Məhz bu səbəbdən (və bizim passivliyimizdən) saytda çoxlu qrammatik və sintaktik səhvlərə, türk və fars sözlərinə rast gəlmək olar. Yenə də, bizim Vikipedia üzərində işlədikləri və təməlini qoyduqları üçün hər birinə dərin təşəkkurümü bildirmək istərdim. Lakin bu işin ən qorxulu tərəfi deyil.

Bu yaxınlarda Azərbaycan Vikipediasında “Son dəyişikliklər” bölümündə “İrəvan” və “Ermənistan” sözlərinin yaradıldığı diqqətimi cəlb etdi. Bu dəyişikliklər qeydiyyatdan keçmiş üzv tərəfindən deyil, naməlum şəxs tərəfindən edilmişdi. Məqalələr neytral görünməyə çalışsa da erməni mənşəli olduğu aşkardır. Müəllifin İP addresinin (195.250.64.76) ermənistana mənsub olduğu məndə qalan şübhələri də yox etdi. Bəli, ermənilər bizim ensiklopediyamıza azərbaycan və onun tarixi haqda saxta məlumat daxil edərək növbəti dəfə dezinformasiya yaradırlar. Görünür Azərbaycanda yaxşı təhsil aldıqlarından ermənilər bu məqalələri səlis və düzgün Azərbaycan dilində yazırlar. Qeyd edim ki, hər bir səhifə üzərində edilən bütün dəyişikliklər “Səhifə keçmişi” bölümündə qeyd edilir. Bu imkandan istifadə edib yuxarıdakı faktın təsdiqini tapa bilərsiniz.

Mən Necə Yardım Edə Bilərəm?

Zəngin Azərbaycanımızın şəhər və rayonları, şair və yazıçıları, mətbəxi, geyimləri və s. haqda dürüst məlumatınız varsa, maksimum neytrallığı və obyektivliyi qoruyaraq, durmadan Azərbaycan Vikipediasına əlavələr edin! Bunun üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir.

Lakin bununla kifayətlənməmək lazımdır. Vikipedia bugün dünyada güvənilən və çox populyar informasiya mənbəyi kimi tanınır. Tələbələr, jurnalistlər və digər araşdırmaçılar internetdə məlumat axtarışında məhz bu resursa üstünlük verirlər. Bunun üçün bizim Azərbaycan dilindəki Vikipedianı qurmaqla yanaşı, İnglis, Fransız, Rus, Alman, İspan və digər dillərdə olan Vikipedialara da əlavələr etməmiz, Azərbaycan və onun ayrılmaz hissəsi olan Qarabağ haqda həqiqətlərin dünyaya çatdırılması yolunda vacib addımlardandır.

Məqalələrin Yaradılması

Vikipediada məqalələrin yazılması olduqca asandır və HTML səhifələrindən fərqli olaraq xüsusi biliklər tələb etmir. Mündəricatın yaradılması, keçid və şəkillərin əlavə edilməsi, şablonlar və diğər funksiyalar avtomatlaşdırıldığından məqalələri qısa müddət ərzində asanlıqla yaratmaq mümkündür. Təsadüfi deyil ki Havaililərin dilində wiki (wihiwihi) sözü “tez”, “cəld” mənasını daşıyır.

Hər zaman neytral nəzər nöqrəsindən çıxış edərək yazın və yazdığınız məqalələrin mənbəyini göstərin. Bu idarəçilərin və oxuyucuların sizin məqalənizə olan etimadını artıracaq və mümkün mübahisələrin qarşısını alacaq. Mənbələri xarici keçidlər vasitəsilə “Ədəbiyyat”, “Mənbələr”, “Əlavələr” və ya “Əlavə Ədəbiyyat” başlıqlı bölüm(lər)də sadalayın.

Günümüzdə aktual olmayan, lakin bir neçə il sonra ciddi problemlərə səbəb ola biləcək daha bir vacib məqam müəllif hüquqlarıdır. Əgər əlavə etdiyiniz məqalə, şəkil və ya media faylının bir neçə il sonra ensiklopediyadan xaric olunmağını istəmirsinizsə, ən azı müəllifinin adını qeyd edin.

Yeni məqalə yaratmaq üçün xüsusi Help:Yeni Məqalə Yarat səhifəsində başlığı daxil edib, “Create article” düyməsini seçin. Seçdiyiniz başlıqlı məqaləni redaktə etmək üçün digər səhifəyə keçəcəksiniz. Burada məqalənin mətnini daxil edib “Səhifəni qeyd et” düyməsini seçməklə onu Vikipediyaya daxil edin.

Vikipediada mətni formatlaşdırmaq üçün bir sıra özünəməxsus sintaksislərdən istifadə olunur:

Alınan Nəticə Yazılan Mətn
Yazını bölümlərə və ya başlıqlara ayırmaq üçün istifadə edilir:

Başlıq
Alt başlıq
Alt alt başlıq

==Başlıq==

===Alt başlıq===

====Alt alt başlıq====
  • Siyahıları asanlıqla yarada bilərsiniz
  • Bunun üçün hər bir sətirin önünə ulduz əlavə edin
    • ulduzların sayı siyahıdakı dərinliyi müəyyən edir
* Siyahıları asanlıqla yarada bilərsiniz
* Bunun üçün hər bir sətrin önünə ulduz əlavə edin
** ulduzların sayı siyahıdakı dərinliyi müəyyən edir
  1. Həmçinin nömrələnmiş siyahılar yarada bilərisiniz
    1. struktur üçün idealdır
    2. və asanlıqla yaradlılr
# Həmçinin nömrələnmiş siyahılar yarada bilərisiniz
## struktur üçün idealdır
## və asanlıqla yaradılır
Horizontal bölgü xətti üçün


simvolundan istifadə edin
Horizontal bölgü xətti üçün
----
simvolundan istifadə edin
İmzanızı əlavə etmək üçün:

Rustam

İmza və vaxtı əlavə etmək üçün:

Rustam 00:48, Yan 27, 2006 (AZT)

Yalnız vaxtı əlavə etmək üçün:

00:48, Yan 27, 2006 (AZT)

İmzanızı əlavə etmək üçün:
~~~
İmza və vaxtı əlavə etmək üçün:
~~~~
Yalnız vaxtı əlavə etmək üçün:
~~~~~
Tarix formatları:

  1. 20 Yanvar, 1990
  2. 20 Yanvar 1990
  3. 199001-20
  4. 199001-20
Tarix formatları:
# [[Yanvar 20]], [[1990]]
# [[20 Yanvar]] [[1990]]
# [[1990]]-[[01-20]]
# [[1990-01-20]]

Mətnə həmçinin digər səhifələrə keçidlər daxil edə bilərsiniz. Keçidlər əsasən iki növ olur – daxili və xarici keçidlər. Daxili keçidlər Vikipediada mövcud olan və olmayan məqalələrə aparır. Mövcud olmayan məqalələrə aparan keçidlər sizə bu məqaləni yaratmağı təklif edəcək. Xarici keçidlər isə digər internet ünvanlarına işarə edir.

Alınan Nəticə Yazılan Mətn
Azərbaycanın paytaxtı Bakı şəhəridir
Azərbaycanın paytaxtı [[Bakı]] şəhəridir
Bakı şəhəri Azərbaycanın paytaxtıdır
Bakı şəhəri [[Azərbaycan|Azərbaycanın]] paytaxtıdır
Bir sözün bir neçə yazılış forması ola bilər. O zaman onları bir yerə yönəltmək zəruriyyəti yaranır.

“ABŞ” başlıqlı məqaləni “Amerika Birləşmiş Ştatları” başlıqlı məqaləyə yönləndirmək üçün, birincini sağdakı mətn ilə əvəz edin.

#REDIRECT [[Amerika Birləşmiş Ştatları]]
Başqa dildə mövcud olan eyni başlıqlı məqaləyə keçid əlavə etmək üçün aşağıdakı keçid növündən istifadə edin:
[[dilin kodu:Başlıq]]
[[ar:باكو]]
[[en:Baku]]
[[ru:Баку]]
Məqaləni bu və ya digər kategoriyaya aid etmək üçün sağdakı nümunədən istifədə edin.
[[Category:Azerbaycan]]
Məqalədə bu və ya digər kategoriyaya keçid əlavə etmək üçün sağdakı nümunədən istifədə edin.
[[:Category:Azerbaycan]]
Xarici, qeyri-viki keçidlərini əlavə etməyin üç yolu:

  1. Görünən keçid: http://code.az/ (tərcih olunmur)
  2. Adsız keçid: [1] (yalnız mətnin daxilində)
  3. Adlı keçid: Code.az
#Görünən keçid:
http://code.az/ (tərcih olunmur)
#Adsız keçid:
[http://code.az/] (yalnız mətnin daxilində)
#Adlı keçid:
[http://code.az/ Code.az]
Mətn və şəkil keçidlərindən əlavə olaraq daxili “media” bağlantıları da mövcuddur.
[[media:sound.mp3|Səs]]

Şəkilləri və media fayllarını mətnə əlavə etməzdən öncə onları Vikipediyaya yükləmək lazımdır. Bunun üçün xüsusi “Qarşıya Yükləmə” funksiyasından istifadə edib şəkil, audio və ya hər hansı başqa bir mediya faylını yükləyin və onun daxili ünvanını məqalənizə əlavə edin. Yükləyərkən mümkün qədər yüksək keyfiyyətli şəkillərdən istifadə edin və yüklədiyiniz şəkillərin müəllif hüquqlarına diqqət yetirin. Şəkilləri əlavə edərkən nümunə üçün mövcud məqalələrdən və ya aşağıdakı misallardan birini istifadə edə bilərsiniz:

Alınan Nəticə Yazılan Mətn
Şəkil:
Şəkil:
[[Image:wiki.png]]
Sağ tərəfdə yerləşən və başlığı olan şəkil:

Vikipedia Ensiklopediyası
Sağ tərəfdə yerləşən və başlığı olan şəkil:
[[Image:wiki.png|frame|Vikipedia Ensiklopediyası|right]]
Sol tərəfdə yerləşən, başlıqlı, kiçildilmiş şəkil:

Vikipedia Ensiklopediyası
Sol tərəfdə yerləşən, başlıqlı, kiçildilmiş şəkil:
[[Image:wiki.png|thumb|left|90px|Vikipedia Ensiklopediyası]]

Mətndə başlığı olan və ehtiyac olduqda kiçildilmiş şəkillərdən istifadə etməyə çalışın. Tələb olunarsa məqalənizdə adi HTML dilindən də istifadə edə bilərsiniz.

Burada göstərilən nümunələr bir çox məqalələrin yaradılması üçün kifayət olduğuna baxmayaraq viki dilinin yalnız bir hissəsidir. Vikipedianın bütün imkanlarını öyrənmək istəyirsinizsə “Ədəbiyyat” bölümündəki İnglis və Rus dilində bənzər məqalələrə müraciət edə bilərsiniz.

Biliklərimizi Paylaşaraq…

Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı Azərbaycan Milli Ensiklopediyasının nəşri haqda sərəncama baxmayaraq, bugün ensiklopediyanın heç bir cildinə də satışda rast gəlmək mümkün deyil. İnanıram ki, azad ensiklopediyaya əlavə ediləcək hər bir kiçik məlumat onu dinamik, pulsuz və Elmlər Akademiyasının hazırladığı ensiklopediyadan daha populyar edəcək.

Qeyd etməliyəm ki, informasiyanı azad paylaşmaq prinsipini hələ Tim Berners-Lee tərəfindən 1989-cu ildə veb texnologiya (World Wide Web) yaradılarkən nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən ilk yaradılan səyyar (browser) həm veb səhifələrini göstərmə həm də onları redaktə etmə imkanına malik idi. Lakin sonrakı dövürdə internetin daha çox elektron kommersiya istiqamətində inkişaf etməsi veb mediyasını ilkin fəlsəfəsindən uzaqlaşdırdı. Tim Berners-Linin özünün də etiraf etdiyi kimi, 2005-ci il ideyasının həyata keçdiyi il kimi yadda qaldı. Belə ki, məhz bu il fikirlərini və biliklərini paylaşmaq arzusunda olan milyonlarla yaradıcı insan bloglar, vikilər və podcastlər vasitəsilə internetdə tsunami meydana gətirmişdir. Yazdığım bu məqalə də episentri uzaqda olan bu tsunaminin bizə gəlib çatan kiçik bir dalğasıdır.

Ədəbiyyat

Write a Comment

Comment

  1. yaxwiki vikipediya az dilindedir yoxsa bezmiwdim referatlari tercume eleyib yazmaqdan. leonardo da vinci haqqinda geniw melumat da tapa bildim cox sevindim 🙂 heyif Azerbaycan ressamlari haqqinda melumat azdir

  2. 酒店用品近几年的确开展得愈来愈好,长春治痤疮哪个医院好,到中国旅游的人多了,疥疮治疗,旅游业动员酒店业,以是酒店用品采购需求渐渐&#

  3. Есть такая услуга – добровольное медицинское обслуживание (или ДМО).
    Она предполагает, что вы вносите небольшую сумму за то, что ходит на прием весь год не платя за каждый прием.
    Однако опросы показали, что лишь 4% жителей города знают об этом.
    По какой причине?
    Потому что частным клиникам намного выгодней брать плату за каждый визит.
    А если честный врач попытается посоветовать добровольное медицинское обслуживание клиенту – это сулит ему увольнением.
    Информация о ДМО уже вызвала много скандалов, сразу после того как информацию об этом распространил один врач.
    Его уволили , после того, как он посоветовал ДМО постоянному клиенту.
    Самое ужасное, что официальные положения по ДМО есть в открытом доступе, просто находили на эту информацию только случайные люди.
    Как отстоять свои права?
    О правилах оказания такой услуги и обязанностях клиник можно узнать, сделав запрос в Яндексе: “добровольное медицинское обслуживание”.
    Именно обслуживание, а не страхование.

    34j5c6h86

  4.   标报讯   “您们皆给我滚!再不滚我便焚烧,宜昌美的售后电话,把我们他们全体炸逝世!”一位嫩太脚持喷着火苗的挨水机高声斥责,将